Məzmuna keç

Bacanağını namus üstündə öldürən şəxsin şikayətinə baxıldı

Bacanağını namus üstündə öldürən şəxsin şikayətinə baxıldı

Sumqayıt Apellyasiya Məhkəməsində Xırdalanda qətl törətməkdə təqsirləndirilən Şahin Qasımov barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ş.Qasımovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə Xırdalan şəhərində baş verib. Ş.Qasımov aralarında yaranan münaqişə zəminində bacanağı Müşviq Abbasovu bıçaqlayıb. Bir müddət sonra yaralı dünyasını dəyişib.

Məhkəmədə ifadə verən Ş.Qasımov bildirib ki, bacanağını namus üstündə öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.