Məzmuna keç

Abşeron Rayon İcra Hakimiyyəti şirkəti məhkəməyə verdi

Abşeron Rayon İcra Hakimiyyəti şirkəti məhkəməyə verdi

Abşeron Rayon İcra Hakimiyyəti "Balaca Günəş" MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən icra hakimiyyəti aralarında bağlanmış 10 oktyabr 2010-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, torpağın əvvəlki vəziyyətinə gətirilməsi və dövlət büdcəsinə yaranmış borcun ödənilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edib ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır.

Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.7-ci maddələrinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir.

Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılması barədə qərar çıxarıb.