Bakıda güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımov, keçmiş işçiləri Xatirə İmaməliyeva ilə Aidə Cəfərovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.
E-huquq.az-ın xəbərinə görə, Ali Məhkəmədə keçiriləncək iclas sentaybrın 4-nə təyin edilib.
Şikayət hakim Əli Seyfəliyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, N.Qasımov və sabiq işçiləri X.İmaməliyeva ilə A.Cəfərova Bakıda tramadol satışına görə həbs ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Qasımov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilən qadınlara isə şərti cəza verib. Hökmdən narazı qalan həmin şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.
Məlumata görə, N.Qasımov sabiq rabitə naziri Əli Abbasovun qohumudur.
