Bakı Apellyasiya Məhkəməsində arvadını qısqanclıq zəminində bıçaqlamaqda təqsirli bilinən Sənan Seyidovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
E-huquq.az xəbər verir ki, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, S.Seyidovun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Xəzər rayonu, Binə qəsəbəsində 1978-ci il təvəllüdlü R.İsayeva yaşadığı evdə keçmiş əri S.Seyidov ilə mübahisə edib. O, qısqanclıq zəminində qadına bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Daha sonra Xəzər Rayon Polis İdarəsinin əməkdaşlar tərəfindən hadisəni törədən S.Seyidov saxlanılıb. İstintaq orqanı tərəfindən S.Seyidovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
