Bakı Ağır Cinayətlər Məhkəməsində 66 yaşlı kişi bıçaqlayaraq öldürməkdə təqsirləndirilən İbrahim Mürsəlovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 9-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il iyun ayında Bakı şəhəri Binəqədi rayonunda qeydə alınıb.
Vidadi Rəcəbov qonşusu, 1955-ci il təvəllüdlü İ.Mürsəlov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Daha sonra İ.Mürsəlov saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.
