Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Teyyub Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
E-huquq.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib.
O, T. Quliyevin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib.
Prokuror təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses sentyabrın 9-da davam etdiriləcək.
Qeyd edək ki, Teyyub Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Məlumata görə, o, özünü Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi kimi təqdim edərək, müxtəlif şəxslərlə rəsmi sənədlərin hazırlanması xidmətini göstərirmiş.
İmamət Əsgərov
