Bakıda iki nəfəri bıçaqlmaqda təqsirli bilinən Mahir Nemətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M. Nemətov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində Nizami rayonu Bəkir Çobanzadə küçəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Mahir Nemətov keçmiş həyat yoldaşı ilə yeni ailə quran 1995-ci il təvəllüdlü Azad Ağayevlə əlbəyaxa dava edərək onu bıçaqlayıb.
Daha sonra Mahir Nemətov keçmiş qayınatası 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğluna da bıçaqla xəsarət yetirib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Hər iki yaralının həyatını xilas etmək mümkün olub.
Mahir Nemətov isə polis əməkdaşları tərəfindən saxlanılıb.
İmamət Əsgərov
