Məzmuna keç

“”E-məhkəmə” sistemi bir çox Avropa Şurası üzv dövlətləri tərəfindən öyrənilir” – CEPEJ prezidenti

Azərbaycanın nailiyyətləri Avropa Şurasının digər üzv dövlətləri üçün nümunə kimi göstərilir

"Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildikdən sonra bu təşkilatın qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib".

E-huquq.az xəbər verir ki, bunu Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov bildirib.

O qeyd edib ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər Avropa Şurasının digər üzv dövlətləri üçün nümunə olaraq göstərilir: "Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində apardığı uğurlu islahatların nəticəsi olaraq bu gün Azərbaycanın yaratdığı “E-məhkəmə” sistemi bir çox Avropa Şurası üzv dövlətləri tərəfindən öyrənilir. Bu uğurun göstərici olaraq, 2017-ci ilin oktyabr ayında Avropa Şurasının “Ədliyyənin kristal tərəzisi” müsabiqəsi üzrə Azərbaycanın təqdim etdiyi “Məhkəmənin nəbzi – idarəetmədə inqilab” adlı layihə Avropa Şurası tərəfindən mükafatlandırılıb".