Məzmuna keç

Keçmiş icra başçısı Ramiz Yediyarovun məhkəməsi başladı

Keçmiş icra başçısı Ramiz Yediyarovun məhkəməsi başladı

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

E-huquq.az xəbər verir ki, Gədəbəy Rayon Məhkəməsinin hakimi Maarif Kazımovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttahama münasibət bildirən R.Yediyarov özünü təqsirli bilməyib.

Məhkəmənin növbəti baxış iclası sentyabrın 19-na təyin edilib.

Qeyd edək ki, R.Yediyarov barəsində Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınır.

Xatırladaq ki, R.Yediyarov 2012-2018-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.