Məzmuna keç

Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə Komitənin iclası keçirildi

Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə Komitəsinin daxili iclası keçirildi

Dünən Avropa Şurasının Parisdəki ofisində CEPEJ-in beş komitəsindən biri olan Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə Komitəsinin daxili iclası keçirildi.

E-huquq.az xəbər verir ki, bunu Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov bildirib

Onun sözlərinə görə, iclasda Almaniya, Fransa, İsveçrə, Sloveniya, Bosniya, Serbiya, Malta, Slovakiya ve s. üzv dövlətlərin ekspertləri iştirak edib.

R. Qurbanov qeyd edib ki, toplantıda 47 üz dövlətin məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları, vəkillik institutunu əhatə edən irihəcmli növbəti hesabatın hazırlanması müzakirə olunub.