Məzmuna keç

Azərbaycanda “Elektron məhkəmə” sisteminin tətbiqinə müqavimətlər olub

Hakimlərin ən böyük narazılığı odur ki, müəyyən dövlət qurumlarından cavab vaxtında verilmir

"Eletron məhkəmə" sistemini tətbiq etmək o qədər də asan deyil. Şübhəsiz ki, burada müqavimətlər də var. Kim istəyər ki, apardığı gündəlik işi açıqlasın. Ancaq bununla bağlı siyasi iradə var, ölkə başçısının sərəncam və fərmanları da bunu göstərir".

E-huquq.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupunun rəhbəri Ramin Qurbanov deyib.

R. Qurbanov hakimlərin üzləşdiyi problemdən də danışıb: "Hakimlərin ən böyük arazılığı odur ki, müəyyən dövlət qurumlarından verilən sorğuya vaxtında cavab verilmir. Biz bu sahədə də danışıqlar aparırıq. Bu baxımdan ən çətin problemimiz dövlət qurumlarının inteqrasiya məsələsidir. Məsələn, Estoniya vahid elektron hökumət yaratdı və dövlət qurumları mübadiləni rahat aparırlar. Dövlət məlumatı bizə deyil, dövlətə məxsusdur. Hər bir dövlət qurumu bir-birilə no mübadiləni aparmalıdır, pulsuz və vaxtında. Halbuki, bəzi qurumlar bizdən buna da pullu xidmət istəyirlər".