Məzmuna keç

Məhkəmələrlə bağlı şikayəti olan vətəndaşların NƏZƏRİNƏ

2019-cu ilin oktyabr ayı ərzində qəbul həyata keçiriləcək müvafiq məhkəmələr və qəbulun tarixi barədə məlumat vətəndaşların diqqətinə təqdim olunur

Məhkəmə-Hüquq Şurası tərəfindən dövlət başçısının “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanının icrası üzrə ardıcıl tədbirlər görülür.

E-huquq.az xəbər verir ki, vətəndaşların məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinin daha səmərəli araşdırılması, qeyri-prosessual münasibətlərə şərait yaradan və haqlı narazılıq doğuran pozuntuların dərhal aradan qaldırılması məqsədi ilə Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaşların bilavasitə məhkəmələrdə qəbulları keçirilir. 2019-cu ilin OKTYABR ayı ərzində qəbul həyata keçiriləcək müvafiq məhkəmələr və qəbulun tarixi barədə məlumat vətəndaşların diqqətinə təqdim olunur.

Vətəndaşlar qəbula müvafiq məhkəmələrdə, eləcə də Şuranın 510-82-96, 510-19-07 nömrəli telefonları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əvvəlcədən yazıla, yaxud birbaşa qəbula gələ bilərlər.

2019-cu ilin oktyabr ayında Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaşlarin məhkəmələrdə qəbulu cədvəli

№ Qəbulun tarixi və vaxtı Qəbulun keçiriləcəyi məhkəmə
1. 11 oktyabr,
saat 10:00
Bakı şəhəri Yasamal Rayon Məhkəməsi
2. 18 oktyabr,
saat 10:00
Salyan Rayon Məhkəməsi
3. 27 oktyabr,
saat 10:00
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi