"AS İnşaat" MMC barəsində inzibati protokol tərtib edilib.
E-huquq xəbər verir ki, şirkət barəsində inzibati xətalar məcəlləsinin 192.1-ci(Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Zəngilan rayon məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə şirkət iyirmi beş min manatadək məbləğdə cərimələnəcək.
Rəşid Qarayev
