Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Sumqayıt Ağır Cinayətlər, Sumqayıt İnzibati, Sumqayıt Kommersiya, Sumqayıt Şəhər və Qubadlı Rayon məhkəmələrinin fəaliyyəti ilə bağlı vətəndaşların qəbulunu keçirəcək.
E-huquq.az xəbər verir ki, vətəndaş qəbulu 4 avqust saat 10:00-da Sumqayıt Məhkəmə Kompleksində baş tutacaq.
Ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70
Əlaqə: (018) 655-03-03,
Elektron poçt: [email protected]
