Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxdu


  • 1 Avqust 2022 15:04

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərov koronavirusa yoluxub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakimin COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən onun icraatında olan işlər qeyri-müəyyən vaxtadək təxirə salınıb.

M.Əkbərov hazırda ev şəraitində müalicə olunur.

Qeyd edək ki, bir neçə gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudovda da COVID-19 aşkarlanmışdı.

Oxşar xəbərlər