"Buta Farm" cərimələndi


  • 1 Avqust 2022 15:20

"Buta Farm" MMC haqqında inzibati protokol tərtib edilib.

E-huquq.az xəbər verir ki, şirkət barəsində müqvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə, şirkət beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Rəşid Qarayev

Oxşar xəbərlər