Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi


  • 1 Avqust 2022 17:35

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən e-huquq.az-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399-cu, 421.3-cü, 423.2-ci, 424.3-cü və 447-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 7-nə təyin edilmiş iclasında baxılacaq.

Oxşar xəbərlər