Avqust ayında Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaşların məhkəmələrdə qəbulu cədvəli açıqlanıb.
E-huquq.az qəbulun keçiriləcəyi məhkəmələrin siyahısını təqdim edir:
Bakı Hərbi Məhkəməsi – 05 avqust
Sumqayıt Kommersiya Məhkəməsi – 12 avqust
Bakı Ağır Cinayətlər Məhkəməsi – 19 avqust
Bakı Kommersiya Məhkəməsi – 26 avqust
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
Qeyd edək ki, vətəndaşlar qəbula müvafiq məhkəmələrdə, eləcə də Şuranın (012) 510-19-07, 510-82-96 nömrəli telefonları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əvvəlcədən yazıla, yaxud birbaşa qəbula gələ bilərlər.
