Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vətəndaşları qəbul etdi


  • 5 Avqust 2022 14:49

Avqustun 4-də Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Sumqayıt Məhkəmə Kompleksində vətəndaşları qəbul edib.

E-huquq.az xəbər verir ki, sədr qəbula gələn hər bir vətəndaşın məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərini dinləyərək, qaldırılan məsələlərlə bağlı müvafiq hüquqi izah verib, müraciətlərin bir qismi yerində öz həllini tapıb.

Məhkəmənin icraatındakı işlərlə bağlı olan müraciətlərin prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq və ədalət mühakiməsinin həyata keçirilməsinə dair prinsiplər gözlənilməklə həll ediləcəyi vurğulanıb.

Oxşar xəbərlər