İslam Əliyev Yasamal Rayon Məhkəməsinin hakimlərinə xəbərdarlıq etdi - FOTO


  • 18 Avqust 2022 12:21

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2022-ci ilin birinci yarımilliyinin hesabatının müzakirəsinə dair iclas keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda məhkəmənin hakimləri və bir sıra aparat işçiləri iştirak edib.

Müzakirədə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Məhkəmə sədri iclasın gündəliyində olan məsələləri müzakirə etmiş və 2022-ci ilin birinci yarımilliyi ilə bağlı hesabatın məruzəsini iclasda iştirak edən şəxslərlə dinləyib.

Hesabat dövründə 2022-ci ilin 6 ayı ərzində ədalət mühakiməsinin həyata keçirilməsi, insan hüquqlarının qorunması sahəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin gördüyü işlərin
vəziyyəti, qarşıda duran vəzifələr öncə açıq müzakirə edilib.

Daha sonra məhkəmənin baxdığı işlərə dair statistik məlumatlar araşdırılıb və hər bir hakimlə fərdi qaydada müzakirə edilib.

Yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilmiş və dəyişdirilmiş qərarlar müzakirə edilərək qarşıda duran vəzifələr müəyyənləşdirilib. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci ilin birinci yarımilliyinə həsr olunmuş iclasda müzakirə edilmiş məsələlər bir daha məhkəmə sədri tərəfindən hakimlərin və məhkəmə aparatı işçilərinin diqqətinə çatdırıldı və müvafiq nöqsanlara yol verilməməsi ilə bağlı göstərişlər verilib.

Bundan başqa, məhkəmə sədri İslam Əliyev tərəfindən işlərin ekspertizaya göndərilməsi zamanı pozuntulara yol verilməməsi, süründürməçilik hallarının baş verməməsi barədə hakimlərə xəbərdarlıq edilib.

Oxşar xəbərlər