Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı məhkəmə prosesində qarşılaşdığı maraqlı hadisə barədə yazıb.
E-huquq.az-ın məlumatına görə, vəkil qeyd edib ki, iş üzrə hakim uşaqla ünsiyyətə imkan yaratmayıb, lakin sonradan öz çıxardığı qərardadı ləğv edib: "Hakim uşaqla ünsiyyət barədə müvəqqəti təminat tədbiri barədə ərizəni təmin etmir, ondan şikayət veririk və təbii ki, 50 manat dövlət rüsumu ödəyirik. Bundan sonra hakim şikayəti apellyasiya instansiyasına göndərmədən özü öz qərardadını ləğv edir və müvəqqəti görüş təyin edir. Sual olunur ki, hakim nə üçün vətəndaşa 50 manat məbləğində ziyan vurur? İndi həmin nvətəndaş hakimdən şikayət yazıb 50 manatını tələb edərsə, nəticə necə olar? Bu, əslində bilə-bilə qanunsuz qərar qəbul etmədir və bunu edən hakim cinayət məsuliyyətinə cəlb olunmalıdır".
A.Qasımlı həmin hakimin adını açıqlamayıb.
Xəyalə Bünyatova
