- 21 İyul 22:22
"Avromed Company" QSC-yə cərimə protokoklu yazılıb.
E-huquq.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmaması) maddəsi ilə inzibati protokol tərtib edib.
İşə Nizami Rayon Məhkəməsisində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.
Məhkəmə iddianı təmin edərsə, "Avromed Company" iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.