Azərbaycan Respublikasının Kosmik Agentliyi (AZƏRKOSMOS) Publik Hüquqi Şəxsi barəsində inzibati protokol tərtib edilib.
E-huquq.az xəbər verir ki, agentlik barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2- ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq. Məhkəmə iddianı təmin edərsə, AZƏRKOSMOS 1500 manat məbləğində cərimə ediləcək.
Rəşid Qarayev
