Bərdə rayonunda arvadını öldürməkdə şübhəli bilinən Təbriz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, toplanan materiallar araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Nural Əliyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası sentyabrın 8-nə təyin edilib.
Xatırladaq ki, mayın 25-i saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. T. Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Rəşid Qarayev
