Məzmuna keç

“Həbsdə saxlamanın 1 günü 2 gün azadlıqdan məhrumetməyə bərabər tutulmalıdır”

"Hesab edirəm ki, şəxslərin barəsində həbs qətimkan tədbirinin azaldılması üçün istintaq və məhkəmə dövründə həbsdə saxlama müddətinin cəza təyin olunarkən təyin edilmiş cəzadan çıxılması məsələsində dəyişiklik olunmalıdır".

E-huquq.az xəbər verir ki, bu təkliflə vəkil Anar Mövsümoğlu çıxış edib.

Vəkil qeyd edib ki, həbs qətimkan tədbirinin və ev dustaqlığının cəza müddətindən eyni çıxılması doğru deyil: "Bu, ibtidai və məhkəmə istintaqının əsassız surətdə uzadılması zamanı təqsirləndirilən şəxslərin pozulmuş hüquqlarını bərpa etmiş olar. Biz bunu cəzalarla müqayisə etsək, görərik ki, həbs qətimkan tədbiri azadlıqdan məhrumetməyə, ev dustaqlığı isə azadlığın məhdudlaşdırılmasına uyğundur. Cəzaların qismən toplanması və ya əvəzlənməsi zamanı 1 gün azadlıqdan məhrunetmə cəzası 2 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəzləşdirilir. Düşünürəm ki, həbsdə saxlamaanın 1 günü 2 gün azadlıqdan məhrumetmə, ev dustağığında saxlamanın 1 günü isə 1 gün azadlıqdan məhrumetməyə bərabər tutulmalıdır".