Məzmuna keç

“Herba-Flora” cərimələndi

"Herba-Flora" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi İnzibati Xətalar Məcəlləsnin 485.2-ci maddəsi (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) ilə inzibati protokol tərtib edib.

İşə Abşeron Rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq.

İddia təmin edilərsə, "Herba-Flora" min beş yüz manat məbləğində cərimə edilə bilər.