Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edib.
E-huquq.az-ın məlumatına görə, məhkəmə müraciətdə yaranmış fikir ayrılıqları səbəbindən Cinayət Məcəlləsinin 72-ci maddəsinin şərh edilməsini xahiş edib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 72-ci maddəsində səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə nəzərdə tutulur.
