Məzmuna keç

Sumqayıt Şəhər Məhkəməsinin kollektivi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etdi –

Sumqayıt Şəhər Məhkəməsinin kollektivi 27 sentyabr – Anım Günü günü münasibətilə Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib.

E-huquq.az xəbər verir ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə gül dəstələri düzülüb.