- 15 May 21:46
Avropa Məhkəməsi şikayət verilməsi üçün nəzərdə tutulan ərizə formasını yeniləyib.
Əvvəlki şikayət nümunəsi 2022/1 nömrəsi ilə qeyd edilsə də, hazırki nümunə 2022/2 nömrəsi ilə saytda yerləşdirilib. Bu iki forma arasında yeganə fərq şikayətin 2-ci səhifəsində şikayət edilən dövlətlər siyahısında Rusiya Federasiyasının qarşısında * işarəsinin qoyulması və "Rusiya Federasiyası 16 sentyabr 2022-ci il tarixində Avropa İnsan Hüquqları Konvensiyasına Tərəf olmağı dayandırmışdır" cümləsinin əlavə edilməsidir. Başqa dəyişiklik yoxdur.
Məsləhət görülür ki, Avropa Məhkəməsinə şikayət verildikdə yeni nümunədən istifadə edilsin.
Fariz Namazlı
Vəkillər Kollegiyasının üzvü