- 11:46
Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsinin iş planına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 2022-ci ilin birinci yarımilliyində cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair həmin məhkəmənin sədrinin məlumatının Apellyasiya Məhkəməsinin Rəyasət Heyəti tərəfindən dinlənilməsi keçirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Rəşad Abdulov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimləri tərəfindən çıxarılmış bəzi hökmlərin əsaslandırılmadığını bildirib.
O həmçinin müəyyən cinayət işləri üzrə sübutların qiymətləndirilmədiyini deyib.
R.Abdulov müdafiə tərəfinin dəlillərinin cavabsız qalmasını, məhkəmə hökmlərinin surətlərinin cəzaçəkmə müəssisələrinə qanunla nəzərdə tutulmuş prosessual qaydalara uyğun göndərilmədiyini, məhkəmə iclaslarının audio və video yazılarının aparılmadığını da qeyd edib.