Məzmuna keç

“Ombudsmanın sorğusuna cavab verməyən məhkəmələr, qurumlar məsuliyyət daşımalıdır”

“Ombudsmanın sorğusuna cavab verməyən məhkəmələr, qurumlar məsuliyyət daşımalıdır”.

E-huquq.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O bildirib ki, Ombudsman aparatında çalışan əməkdaşların sosial müdafiəsi gücləndirilməli, fəaliyyəti genişləndirilməlidir: “Hesab edirəm ki, Ombudsmannın sorğusuna cavab verilmə müddəti 3 günə qədər azaldılmalıdır. Təəssüflər olsun ki, bu gün məhkəmələr, bəzi qurumlar Ombudsmanın sorğusuna cavab vermir. Bununla bağlı ciddi tədbirlər görülməlidir”.