Sumqayıtda nənəsini öldürməkdə təqsirləndirilən Nicat Əliyevin işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, iş üzrə toplanan materiallar araşdırılması üçün Sumqayıt Ağır Cinayətlər məhkəməsinə göndərilib.
İşə hakim Hafiz Əliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, iyunun 25-i saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Rəşid Qarayev
