- 17:30
Azərbaycanda 8 hakim intizam məsuliyyətinə cəlb edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasnda qərar qəbul edilib.
Bildirilib ki, hakimlər haqqında başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini kobudcasına pozduqlarına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, çəkişmə prinsipinə tam əməl etmədiklərinə və digər nöqsanlara görə 8 hakim intizam məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası tərəfindən həmin hakimlərin adları açıqlanmayıb.