Məzmuna keç

Fəaliyyətində çatışmazlıqlar aşkar edilən 9 hakimə vaxt verildi

Azərbaycanda fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edilən 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verilib.

E-huquq.az-ın məlumatına görə, bu barədə qərar Məhkəmə-Hüquq Şurasının iclasında qəbul olunub.

Bildirilib ki, apellyasiya məhkəməsinin 2 hakiminin səlahiyyətlərinə ərizələrinə əsasən vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası tərəfindən həmin hakimlərin adları açıqlanmayıb.