Məzmuna keç

Bakı Apellyasiya məhkəməsinin hakimi Vaqif Mursaqulovun səlahiyyətinə xitam verildi

Bakı Apellyasiya məhkəməsinin hakimi Vaqif Mursaqulovun səlahiyyətinə xitam verilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında qərar qəbul edilib.

Hakimin səlahiyyətinə öz ərizəsinə əsasən xitam verilib.

Qeyd edək ki, V. Mursaqulov 2008-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışır.