Məzmuna keç

Hakim Həmid Həmidov səhhətində yaranan problemə görə vəzifəsindən istefa verib

Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidovun hakimlik səlahiyyətinə xitam verilb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə Məhkəmə-Hüquq Şurası tərəfindən qərar qəbul olunub.

Hakim səhhətində yaranan problemlə əlaqədar öz ərizəsi ilə vəzifəsindən ayrılmaq niyyətini bildirib.

Qeyd edək ki, H. Həmidov 2013-cü ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışır.