Məzmuna keç

Mingəçevir Şəhər Məhkəməsində “Açıq qapı” günü keçirildi –

“Avropada mülki ədalət mühakiməsi günü” ilə əlaqədar olaraq Mingəçevir Şəhər Məhkəməsində “Açıq qapı” günü keçirilib.

E-huquq.az-ın məlumatına görə, tədbir çərçivəsində məhkəmədə vətəndaşların qəbulu həyata keçirilib, onlara müraciətləri üzrə müvafiq izahlar və məsləhətlər verilib.

Xatırladaq ki, 05 iyun 2003-cü ildə Avropa Şurasının və Avropa Komissiyasının birgə təşəbbüsü ilə hər il 25 oktyabr tarixinin “Avropada mülki ədalət mühakiməsi günü” kimi qeyd edilməsi qərara alınıb. Məqsəd Avropa Şurasına üzv olan dövlətlərin vətəndaşlarının mülki hüquqlarının həyata keçirilməsini təmin edən məhkəmə orqanlarının gündəlik fəaliyyəti haqqında məlumatlandırılması səviyyəsinin artırılasıdır. Bu gün müxtəlif ölkələrdə vətəndaşların məhkəmələrin fəaliyyəti ilə daha yaxından tanış olmasına şərait yaradılır, mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir.