Məzmuna keç

Məhkəmə keçmiş icra başçısının qohumunun cəzasını azaltdı

Bakı Apellyasiya Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədov barəsində apellyasiya şikayətinə baxılıb. 

Bakı Apellyasiya Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədov barəsində apellyasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, X.Məmmədovun apellyasiya şikayəti qismən təmin edilib.

Belə ki, onun 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib. Həmçinin məhkəmə X.Məmmədova 12 min manat cərimə kəsib.

İttiham görə, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə dələduzluq edib və rüşvət alıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin X.Məmmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.