Məzmuna keç

Məhkəmələrdə yol verinən pozuntularla bağlı 100-dən artıq hakim və məhkəmə sədrinə xəbərdarlıq edilib

Bu barədə Ədliyyə Nazirliyinin Kollegiya iclasında məlumat verilib

Məhkəmələrdə yol verinən pozuntularla bağlı 100-dən artıq hakim və məhkəmə sədrinə xəbərdarlıq edilib.

E-huquq.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin bu gün keçirilən Kollegiya iclasında məlumat verilib.

Kollegiyada məhkəmələrdə süründürməçilik və digər mənfi hallara qarşı hər zaman qəti tədbirlərin görüldüyü bildirilərək Məhkəmə-Hüquq Şurası tərəfindən fəaliyyət göstərdiyi 15 il ərzində 200 hakim barəsində intizam icraatının başlanıldığı, 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla – fəaliyyətinin qeyri-məqbul qiymətləndirilməsinə, səlahiyyət müddətinin uzadılmamasına görə, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb.

Məlumat verilib ki, şəffaflığın və qərəzsizliyin, habelə qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmələrdə mütəmadi yoxlamalar və monitorinqlər aparılır. Qısa müddət ərzində 40-dan çox məhkəmədə monitorinqlər keçirilib