- 12 İyun 21:18
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə prezidentinin tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin ən müasir beynəlxalq tələblər səviyyəsində, tam şəffaf prosedurlar əsasında seçimi üzrə müsabiqə davam edir.
E-huquq.az xəbər verir ki, test imtahanında müvəffəqiyyət qazanmış 158 nəfər namizədlə yazılı imtahan keçirilib, imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual 4 saat ərzində cavablandırılıb. İmtahanı beynəlxalq təşkilat və yerli QHT-lərdən olan çoxsaylı müşahidəçi və KİV nümayəndələri izləyib.
Hakimliyə namizədlərin cavab vərəqələri anonim qaydada yoxlanılması üçün kodlaşdırılaraq ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb, bu zaman namizədlərin qanunun məzmununu açmaq və onun izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilib.
İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 81 nəfər namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılıb.
Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı ilə əlavə ayrılmış hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi prosesi davamlı xarakter daşıyır. Bununla əlaqədar mütəmadi sənəd qəbulu nəticəsində artıq 220-dək hüquqşünas Komitəyə sənədlərini həmçinin, elektron qaydada təqdim edib.
İclasda həmin namizədlərlə test imtahanının keçirilməsi məqsədilə hazırlıq tədbirləri müzakirə olunub. İmtahanın Dövlət İmtahan Mərkəzi tərəfindən noyabr ayının ikinci yarasında keçirilməsinin mümkünlüyü qeyd edilib.
Hakimlərin Seçki Komitəsi tərəfindən test imtahınının tarixi, buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair əlavə məlumatlar veriləcəkdir.
Müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılmış hakimliyə namizədlərin SİYAHISI
№ | Soyadı, adı, atasının adı |
1. | Abbasov Zaur Vahid oğlu |
2. | Abbasova Məlahət Aslan qızı |
3. | Abdullayev Elşən Uğur oğlu |
4. | Abidova Günay Çingiz qızı |
5. | Alıyeva Arzu İdayət qızı |
6. | Ağalarov Həmid Azər oğlu |
7. | Babazadə Gülnar Vidadi qızı |
8. | Babayev Aydın Vahid oğlu |
9. | Bayramov Tural Akim oğlu |
10. | Bədəlov Emil Nizami oğlu |
11. | Qaraşov Roman Ağasən oğlu |
12. | Qafarova Rübabə Nurulla qızı |
13. | Quliyev Ceyhun Əmir oğlu |
14. | Quliyeva Güləndam Gündüz qızı |
15. | Eminov Əziz Mürsəl oğlu |
16. | İbadzadə Anar Qənimət oğlu |
17. | İbrahimov Sərxan Vahid oğlu |
18. | İmanov Xəqani Qurban oğlu |
19. | İsmayıl Günay Mikayıl qızı |
20. | İsmayılzadə Fərid Sabir oğlu |
21. | İsmayılov Natiq Əvəz oğlu |
22. | Yusifova Ülkər Bayram qızı |
23. | Kərimov Elmin Fəxrəddin oğlu |
24. | Kərimova Mahirə Nəzər qızı |
25. | Mahmudova Həqiqət Sahib qızı |
26. | Mehdiyev Rahid Baxşəli oğlu |
27. | Mirzəyeva Leyla Eytibar qızı |
28. | Musayev Vüqar Ələkbər oğlu |
29. | Musayev Taleh Valeh oğlu |
30. | Mustafayeva Şəbnəm Əli qızı |
31. | Mədətov Asif Hökümalı oğlu |
32. | Məmmədov Abdulla Elşad oğlu |
33. | Məmmədov Pənah Murad oğlu |
34. | Məmmədov Fəxri Afiq oğlu |
35. | Məmmədov Ülvi Ziyadxan oğlu |
36. | Məmmədova Esmira Qərib qızı |
37. | Məmmədova Günel Mehman qızı |
38. | Məhərrəmov Bəhruz Abdurrəhman oğlu |
39. | Nəbiyev Rəmzi Sultan oğlu |
40. | Nəbiyeva Aygün Arzu qızı |
41. | Nəsirli Anar Cavanşir oğlu |
42. | Nəsirov Hikmət Nəsir oğlu |
43. | Orucəliyev Abil Elmar oğlu |
44. | Rüstəmov Emin Şahin oğlu |
45. | Rəhimov Şamxal Bahadur oğlu |
46. | Rəcəbova Elnurə Hüseyn qızı |
47. | Sadıqov Mirlətif Süleyman oğlu |
48. | Salahova Səlma İsgəndər qızı |
49. | Sevdimalıyeva Günel Arif qızı |
50. | Seyidov Vüqar Mircuma oğlu |
51. | Sultanov Cavid Rizvan oğlu |
52. | Süleymanov Mərdəli Binəli oğlu |
53. | Səmədzadə Sərxan Akif oğlu |
54. | Səmədova Günel Kamil qızı |
55. | Səfərli Cavid Şamil oğlu |
56. | Xudayev Kərim Bahəddin oğlu |
57. | Hacıyev Elvin Ramiz oğlu |
58. | Hacıyeva Aytən Vidadi qızı |
59. | Hümbətov Fəhmin Zaur oğlu |
60. | Hüseynov Elmir Xoşbəxt oğlu |
61. | Hüseynov İlqar Vidayət oğlu |
62. | Hüseynov Kənan Hüseyn oğlu |
63. | Hüseynova Leyla İlqar qızı |
64. | Həsənov Elçin Heydər oğlu |
65. | Həsənov Orxan Xaqani oğlu |
66. | Həsənova Ülkər Təhmasib qızı |
67. | Cavadov Vüqar Şahmalı oğlu |
68. | Cəfərli Nilufər Arif qızı |
69. | Cəfərov Anar Mehdiqulu oğlu |
70. | Cəfərova Ruqiyyə Ülfət qızı |
71. | Əliyev İsa Hüseyn oğlu |
72. | Əliyev Hafiz Samir oğlu |
73. | Əliyev Əli Abdulla oğlu |
74. | Əliyeva Qumru Yəhya qızı |
75. | Əliyeva Gülsüm Kamal qızı |
76. | Ələkbərova Fidan Vaqif qızı |
77. | Ələsgərov Natiq İmran oğlu |
78. | Əmiraslanov Hikmət Abasqulu oğlu |
79. | Əsgərov Anar Əlifağa oğlu |
80. | Əhmədov Elsun Məzahir oğlu |
81. | Əhədova Aygün Əlqəmə qızı |