Məzmuna keç

Hakimliyə namizədlər üçün şifahi imtahan başlayıb

Hakimliyə namizədlər üçün şifahi imtahan başlayıb 

Hakimliyə namizədliyini irəli sürən 81 nəfər üçün şifahi imtahan keçirilir.

E-huquq.az xəbər verir ki, namizədlər mərhələli şəkildə imtahana buraxılır.

Artıq 16 nəfər namizəd imtahanda iştirak edib.

Qeyd edək ki, 200-dən çox hakimliyə namizədlə müsabiqə, o cümlədən test üsulu ilə və yazılı imtahanlar keçirilib, 81 nəfər növbəti mərhələyə – şifahi imtahana vəsiqə qazanıb.