Aqrar Kredit və İnkişaf Agentliyi “İnci Kredo” Kredit İttifaqını məhkəməyə verdi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi "İnci Kredo" Kredit İttifaqını məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, Agentlik şirkət barədə lizinq müqaviləsi ilə bağlı tələb irəli sürüb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim İlham Əhmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə

