23.10.2026
“Lerik Broyler” barədə məhkəməyə müraciət edildi
Məhkəmə

“Lerik Broyler” barədə məhkəməyə müraciət edildi

Mar 2, 2023

“Lerik Broyler” MMC məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi şirkət barədə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək lizinq müqaviləsi ilə bağlı tələb irəli sürüb.

İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə