Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsindən e-huquq.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş R.Tağıyevin məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun dekabr ayının 10-na təyin edilmiş iclasında baxılacaq.
