Bakıda moped oğurlamaqda təqsirləndirilən Məhəmməd Nəjməddinlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
İş hakim Rauf Daşdəmirovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Bakı şəhər sakini M. Nəjməddinli paytaxtın Yasamal rayonunda X.Müseyibova məxsus “Tufan” markalı mopedi, eləcə də E.Sarılıya məxsus mopedi oğurlamaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
