Suraxanı Rayon İcra Hakimiyyəti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı. Bakı Ərazi İdarəsini məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, idarəyə qarşı torpaq münasibətləri üzrə tələb irəli sürülüb.
İddia Bakı İnzibati Məhkəməsində hakim Həmid Ağalarovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
