Məzmuna keç

Avtomobillərdən oğurluq etməkdə ittiham olunan şəxsin ibtidai istintaqı yekunlaşdı

Yevlaxda oğurluq etməkdə təqsirləndirliən Cabir Əmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

Hakim Ruslan Əlizadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, C.Əmirov avtomobillərə məxsus akkumulyatorlar oğurlayaraq sakinlərə maddi ziyan vurmaqda təqsirləndirlir. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərindən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. C.Əmirova qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Eltac Nurullazadə