Məzmuna keç

Məhkəmə piyadanın ölümündə ittiham olunan sürücü barədə qərar verəcək

Bakıda piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məhərrəməli Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materiaları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İş hakim Hüseyn Səfərovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası martın 29-na təyin olunub.

Qeyd edək ki, hadisə noyabrın 9-da Yasamal rayonu, Şərifzadə küçəsi ilə Ü.Əkbərov küçəsi ilə kəsişmədə qeydə alınıb. M.Quliyev idarə etdiyi QAZ-24 markalı avtomobillə hərəkətdə olarkən piyada, A.Əliyevanı qızını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. M.Quliyev barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə