Məzmuna keç

Bakıda türk şirkəti MTK-nı məhkəməyə verdi

“Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndəliyi "Azman" Mənzil Tikinti Kooperativini məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, MTK-ya qarşı alqı-satqı müqaviləsi üzrə tələb irəli sürülüb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə