Goranboyda ağır yol qəzası törətməkdə təqsirləndirilən sürücünün istintaqı başa çatdı


  • 17 Mart 2023 11:33

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fəxri Novruzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Hakim Sevindik Əzizovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ " markalı minik maşınları toqquşub. Qəza zamanı 31 yaşlı Fərrux Orucov hadisə yerində ölüb. 34 yaşlı Zamiq Həsənov, 39 yaşlı Fədai Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hdisəni törətməkdə şübhəli bilinən F.Novruzova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Eltac Nurullazadə

Oxşar xəbərlər